Bakıda sərnişindaşımada istifadə olunan avtobusların hamısı kondisioner sistemi ilə təhciz olunmuş yeni avtobuslar olacaq. Nəzərdə tutulub ki, bir il ərzində bu proses başa çatsın.
Bu sözləri movqe.az-a açıqlamasında “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyəti Sərnişindaşımaların monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimli deyib.
V.İbrahimli bildirib ki, artıq şəhərdaxili sərnişindaşımada istifadə olunan avtobusların çoxunda kondisioner sistemi var: “88, 65, 61, 116 saylı xətlərdə müasir, kondisioner sistemli avtobuslar fəaliyyət göstərir. Nəzərdə tutulub ki, paytaxtda sərnişindaşımada istifadə olunan bütün avtobuslar kondisionerli olsun. Bu proses davam etdirilir”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.