Qənirə Paşayeva Tovuzun Əlimərdanlı kəndində gənclərin iştirakı ilə “İctimai yerlərdə siqaretin çəkilməsinə YOX deyirik” adlı görüş keçirib.
Cia.az-a daxil olan məlumata görə, görüşdə millət vəkili İctimai yerlərdə siqaret çəkilməsinin zərərlərindən danışıb: “Bu gün əksər ictimai yerlərdə rahat şəkildə tütün məsullarından istifadə edən insanlar özləri ilə bərabər siqaretdən istifadə etməyənləri də onun zərərli təsirlərinə məruz qoyur. Bu istiqamətdə maarifləndirmə və ictimai qınağın önəmini xüsusidir. Biz ictimai yerlərdə siqaretin çəkilməsinin qarşısını almaq üçün bərabər maarifləndirmə işlərini gücləndirməliyik.
Tədbirdə iştirak edən gənclərə “Siqareti atmağın asan yolu” kitabını hədiyyə edən millət vəkili daha sonra gənclərin suallarını cavablandırıb. Əlimərdanlıda da digər kəndlərdə olduğu kimi 30 nəfər gəncdən ibarət qrup yaradılıb və onlar bu istiqmətdə kəndlərində həm gənclər, həm də digər yaş qruplarından insanlar arasında əldə etdikləri məlumatları könüllü təbliğat aparmağa söz veriblər. Hazırda il ərzində 5 milyondan artıq insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini vurğulayan Qənirə Paşayeva özəlliklə gənc oğlanları çox diqqətli olmağa, öz həyatları öz əlləri ilə məhv etməməyə çağırıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.