Mustafa Sandalla Gülbən Ərgən canlı efirdə barışdılar
Prodüser-aparıcı Acun İlıcalı “TV 8” kanalında yayımlanan “Rising Star” (“Yüksələn ulduz”) yarışmasında münsif kürsüsündə əyləşən müğənnilər Mustafa Sandalla Gülbən Ərgən canlı yayımda barışıblar. Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2011-ci ildə “Şıkır şıkır” mahnısına görə məhkəməlik olan tanınmışlar yenidən ortaq layihədə bir araya gəliblər. Verilişin ilk efir günü barışıq addımı Mustafa tərəfindən atılıb.
O, “Düşünürəm ki, bəzi şeylər geridə qaldı. Gülbən xanımla mənim xırda bir problemimiz var idi. Biz bu məsələni yoluna qoyduq. Bəzi şeylər keçmişdə qoyulmalıdır” deyərək Ərgəni ayağa qaldırıb və ona sarılıb. Gülbən isə “Bu barışıq “şıkır-şıkır” oldu”, - deyə zarafat edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.