banner
banner

Gündəm

Arif Alışanovdan daha bir kadr dəyişikliyi- Baş redaktoru müxbir təyin etdi

Arif Alışanovdan daha bir kadr dəyişikliyi-

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində daha bir nəfər vəzifəsindən uzaqlaşdırılıb. 

Cia.az xəbər verir ki, QSC-dəki etibarlı mənbələrdən AzNews.az-a daxil olan məlumata görə AzTV-nin Hərbi Vətənpərvərlik redaksiyasının baş redaktoru Firuz Kazımoğlu vəzifədən çıxarılıb. 

Qurumun sədri Arif Alışanov F.Kazımoğlunu radionun Xəbərlər redaksiyasında müxbir vəzifəsinə təyin edib. Lakin onun baş redaktorluqdan uzaqlaşdırıldıqdan sonra işə gəlmədiyi bildirilir.

Hərbi Vətənpərvərlik redaksiyasının boş qalmış baş redaktorluq postuna isə həmin redaksiyanın rejissoru Əlimürsəl Hacızadə gətirilib.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.