Bir müddət əvvəl Nəqliyyat naziri Ziya Məmmədovun Bakı yaxınlığındakı dənizkənarı villasını təcili satmaq qərarına gəlməsi haqqında məlumat yayılmışdı.
Məlumatda qeyd edilirdi ki, son günlər Ziya Məmmədova qarşı mətbuatda hucumların artması, həmçinin hakimiyyətin yuxarı eşalonunda ona və oğlu Anar Məmmədova qarşı kəskin neqativ rəyin formalaşmasını "sonun başlanğıcı” kimi qiymətləndirən nazir-oliqarx bahalı mülkiyyətlərini təcili satmağa qərar verib. İlk olaraq da Bakı yaxınlığındakı dənizkənarı villasını 50 milyon dollara satışa çıxarıb. Bundan sonra Moskvadakı oliqarxlardan biri müştəri çıxıb və dünən nəqliyyat nazirinin bu bahalı mülkünə baxış keçirib. Bu məlumat təkzib ya təsdiq olunmadığı üçün havadan asılı qaldı. Lakin od olmayan yerdən tüstü çıxmaz deyiminin əsassız olmadığı hər kəsə məlumdur. Belə görünür ki, Ziya Məmmədov ailəsinə məxsus hansısa mülki həqiqətən satıb və satmaq qərarına gəlib. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, Ziya Məmmədov çox illər əvvəl əldə etdiyi və Mərdəkan qəsəbəsində yerləşən villasını satışa çıxarıb. Bunun da səbəbi onun sonun başlanğacı və ya hər hansı bu kimi hisslər keçirməsi ilə bağlı deyil. Məlumatlı mənbə bildirir ki, Ziya Məmmədovun ailəsi uzun illərdir ki, bu villadan istifadə etmirmiş. Buna görə nəqliyyat naziri uzun zaman istifadə etmədikləri bir obyektin lazım olmadığı, əlavə söz-söhbətlərə səbəb olduğunu nəzərə alaraq satmaq qərarına gəlib. Eyni zamanda Nəqliyyat nazirinin son zamanlar nəğd pula ehtiyacının artması da villanın satışını sürətləndirən amillərdən biri kimi qeyd olunur. Mənbə bildirir ki, hal-hazırda hökumətin əksər üzvüləri və digər yüksək çinli məımurlar nəğd pul problemi ilə üzləşiblər. Söhbət təbii ki, cib xərcliyindən getmir. Onların daha böyük problemləri mövcuddur. Mənbə bildirir ki, Ziya Məmmədovun villasını satışa çıxarması ilə bağlı qeyri-dəqiq bir məqam da villanın qiyməti ilə bağlıdır. Belə ki, nəqliyyat nazirinin satışa çıxardığı villasının ilkin qiyməti 5 milyon manat olub. Sonradan daşınmaz əmlak bazarındakı böhranı müştərilərin yoxluğunu nəzərə alıb, qiyməti 3 milyon manata kimi endiriblər. Lakin yenə müştəri tapılmayıb. Moskvadakı oliqarxlardan birinin villaya müştəri çıxması da yanlış məlumatdan başqa bir şey deyil. Hazırda Rusiyada daşınmaz əmlak bazarında çox ucuzluq oldundan heç bir oliqarx 50 milyona Azərbaycanda villa almaz. Həmin 50 milyona Rusiyada, xüssusilə də Moskvada çoxlu əmlak almaq mümkündür. Bu əmlakların isə qiyməti qalxdıqda təxminən iki dəfə artıq qazanc əldə etmək olar. Məlumata görə, villasına müştəri tapa bilməyən Nəqliyyat naziri onu tabeçiliyindəki işçilərdən birinə satmaq qərarına gəlib. Bundan sonra Ziya Məmmədov yenicə yüksək vəzifəyə təyin olunan bir kadrını yanına çağırıb və villasını almağı məsləhət görüb. Bu məmur da nazirin bu təklifinə qarşı çıxmağın onun üçün ciddi problemlər doğuracağını nəzərə alıb, villanı almağa razılaşıb. Villanı aldıqdan sonra uzun müddət istifadəsiz qalan mülkdə ciddi dəyişikliklərə ehtiyac olduğunu görən məmur bəzi xərclərə də dözməli olub. Bu sırada bir milyton manat villanın mebellərinin yenilənməsinə sərf olunub. Həmin məmurun kimliyi ilə bağlı məlumatı dəqiqləşdirdikdən sonra açıqlayacağıq. "Yeni Sözçü"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.