banner
banner

Sosİal

“Sakinlərə təmirdə iştiraka icazə verilsə…”- Şərifov yanan binada

“Sakinlərə təmirdə iştiraka icazə verilsə…”-

Baş nazirin müavini, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov yanan binaya baş çəkib. 

A.Şərifov əraziyə baxış keçirib, binada aparılan təmir-bərpa işləri ilə tanış olub, lazımi tapşırıqlarını çatdırıb.

Abid Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, binanın üçüncü mərtəbəsində iki mənzil çox yüksək səviyyədə təmir olunub.

"Əsas odur ki, burada istilik, elektrik, su, rabitə xətti və digər heç bir məsələ həll olunmamış qalmayıb", - baş nazirin müavini qeyd edib.

O, binanın sentyabr ayına qədər tam hazır olacağına əmin olduğunu bildirib: "On gündən bir gəlirik, birlikdə nəzarət edirik. Mən inanmıram ki, işlər sentyabr ayına kimi yekunlaşmasın. Tam əminəm ki, gələn aya qədər hazır olacaq".

Komissiya sədrinin sözlərinə görə, binada 24 saat iş görülür. Burada ümumilikdə 400-ə yaxın şəxs çalışır: "Gecikmə ancaq havanın durumundan asılı ola bilər".

A.Şərifov, həmçinin qeyd edib ki, sakinlərə öz mənzillərinin təmirində iştirak etməyə icazə verilmir: "Burada təmirə başlamamışdan əvvəl hər bir mənzilin şəkli çəkilib. Vətəndaşların, ev sahiblərinin iştirakı ilə baxılıb, aktlaşdırılıb. Düzdür, hərənin zövqü ayrıdır. Amma onlara təmir üçün icazə verilsə, işçiləri işləməyə qoymazlar. Mənzillər "gir, yaşa" prinsipi ilə təmir olunur. Sakinlər yalnız özlərinə lazım olan paltarlarını, qab-qacağını gətirəcəklər, başqa heç nə lazım olmayacaq".

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.