“Wiwibloggs” Aygündən yazdı- “44 yaşlı seksual ulduz”
"Eurovision" mahnı müsabiqəsi ilə bağlı xəbərlər hazırlayan "Wiwibloggs.com" saytı yeni sorğu keçirib.
Cia.az-ın axşam.az-a istinadən məlumatına görə, sorğuda hər ölkənin insanları bir məşhur ifaçının adını çəkib. Həmin ifaçının "Eurovision 2016"da ölkəsini təmsil edə biləcəyi iddiası irəli sürülüb.
Saytda yer alan xəbərdə ““Eurovision” başa çatdı. Pərəstişkarların bəzisi nəticədən depressiyaya düşə bilər. Amma növbəti ilin yarışmasına doğru gedirik. Sorğu apararaq ən yaxşı namizədin kimlər ola biləcəyini müəyyənləşdirəcəyik. Bu sorğuya xarici ölkələrdə olan əməkdaşlarımız da cəlb ediləcək”-deyə, bildirilib.
Qeyd edək ki, namizədlər sırasına Azərbaycandan xalq artisti Aygün Kazımovanın adı daxil edilib. Yazıda müğənni haqqında bunlar qeyd olunub:
"Bu 44 yaşlı seksual ulduz Azərbaycanın ən yaxşı pop ifaçılarındandır. O, müasir estrada musiqisinin banilərindən hesab edilir. Azərbaycanın ən yaxşı ulduzlarındandır. Musiqi karyerasına gənc yaşlarından başlayan müğənninin sinqlları, ən az 7 albomu var. Aygün Kazımova hətta 2012-ci ildə qadınlar arasında keçirilən FİFA U-17 dünya çempionatının himnini də səsləndirib. Onun enerjili, canlı çıxışları möhtəşəmdir. Onun "Eurovision" təmsilçisi olmaq zamanı deyilmi?".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.