Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi, polis general-mayoru Mirqafar Seyidov paytaxt polisinin fəaliyyətini araşdırmağa davam edir.
Publika.az-a daxil olan məlumata görə, BŞBPİ-nin yeni rəisi bir neçə gün öncə Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsində olub.
İddiaya görə, qəfil bölmənin binasına gələn Mirqafar Seyidov polis əməkdaşlarına 2 iritutumlu avtobusa minmələrini əmr edib. Çaşbaş qalan, nəyin baş verdiyini anlamayan bölmənin bütün şəxsi heyəti general-mayorun göstərişinə əməl etməli olublar.
Verilən məlumatda bildirilir ki, Mirqafar Seyidov 25-ci polis bölməsinin əməkdaşlarını qan analizi vermələri üçün özü ilə birlikdə Respublika Narkoloji Dispanserə aparıb. Ciddi nəzarət altında baş tutan analizin nəticələri barədə məlumat verilməyib.
BBŞPİ-nin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, onlarda bununla bağlı məlumat yoxdur. “Əgər belə bir yoxlama olubsa, nəticələri açıqlanacaq”
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.