banner
banner

Sosİal

Beynəlxalq Gənclər Düşərgəsi keçiriləcək

Beynəlxalq Gənclər Düşərgəsi keçiriləcək

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Beynəlxalq Dağçılıq Federasiyası (UİAA) ilə birgə Azərbaycanda 16-23 avqust 2015-ci il tarixlərində Beynəlxalq Gənclər Düşərgəsi təşkil edəcək. 

Cia.az Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından daxil olan məlumata görə, marşrutqurma və bələdçilik üzrə təşkil olunması planlaşdırılan Beynəlxalq Gənclər Düşərgəsi Qusarın Ləzə kəndində qurulacaq. İdman qayayadırmanması sahəsində müəyyən təcrübəsi olan 50 nəfər yerli və xarici idmançı 1 həftə ərzində beynəlxalq səviyyəli təlimçilər tərəfindən idman dırmanması marşrutlarının təşkili, habelə dağ turizmi sahəsində vacib istiqamətlərdən olan professional bələdçilik üçün zəruri bilik və bacarıqlara yiyələnəcək. Eyni zamanda iştirakçılar Azərbycanın təbiət gözəllikləri, ölkənin dağçılıq turizminin inkişafı perspektivləri və mövcud potensialı ilə yerində, əyani tanış olmaq imkanı qazanacaq. Gürcüstan, İran, Türkmənistan, Macarıstan, Türkiyə, Dağıstan və Azərbaycandan olan düşərgə iştirakçıları üçün təlimlər Türk Dağçılıq Federasiyasının beynəlxalq standartlı təlimçiləri tərəfindən keçiriləcək.

Bu tədbirlə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının üzvləri, dağ idman növlərinə marağı olan gənclər Beynəlxalq Düşərgədə aktiv iştirak etməklə ölkədə qısa zamanda geniş yayılaraq populyarlaşan dağçılıq idmanının inkişafına öz töhfələrini vermiş olacaq.

Qeyd edək ki, tədbirdə Ümümdünya Dağçılıq Federasiyasının vitse prezidenti Piter Farkasın iştirakı da gözlənilir.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.