banner
banner

Sosİal

Valideynini itirmiş uşaqlara hər hansı güzəşt varmı?

Valideynini itirmiş uşaqlara hər hansı güzəşt varmı?

Bugünlərdə ali təhsil müəssisələrinə qəbul olunan şəxslər artıq məlum olmuşdur. Təbiidir ki, onlardan bəziləri dövlət sifarişi əsasında (ödənişsiz), bəziləri isə ödənişli əsaslarla ali təhsil ocaqlarında təhsil almaq hüququ qazanmışlar. Bəs valideynini itirmiş uşaqlara ödənişli əsaslarla təhsil almaqda hər hansı güzəşt varmı? 

Cia.az xəbər verir ki, bu suala “Bakı Hüquq Mərkəzi”nin hüquqşünası İsrafil Əlili cavab verib.

Hüquqşünas bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli 693-IQ nömrəli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə bütün tipdən olan dövlət təhsil müəssisələrində, habelə bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

İ.Əlili: “Burada xüsusilə qeyd etmək lazımdır ki, valideynlərini itirmiş uşaqlar dedikdə, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər başa düşülür. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər dedikdə isə, 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər başa düşülür “(Sözügedən Qanunun 1-ci maddəsi).

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.