banner
banner

Sosİal

Tələbələrin meyiti ölkəyə göndərildi

Tələbələrin meyiti ölkəyə göndərildi

Türkiyənin Uşak vilayətidə avtomobil qəzası zamanı həyatını itirən azərbaycanlı 3 tələbənin meyiti ölkəyə göndərilib. Uşak Universitetinin tələbə və müəllim heyəti mərhumların ruhuna camaat namazı qılıblar. Tələbələr mərhum dostlarınının xatirəsini kədərlə yad ediblər. Uşak Universitetinin rektoru Sait Çəlik tələbələrin elm yolunda öldüyünü deyib.

“Müqəddəs kitabımızın ilk əmri oxudur. Bu əmrə itaət edib Azərbaycandan universitetimizə oxumaq üçün, təhsil qazanmaq üçün gələn və bu yolda həyatlarını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm” - deyə Çəlik qeyd edib.

İki gün öncə baş verən qəza nəticəsində, eyni zamanda, 3-ü ağır olmaqla, 6 nəfər də xəsarət almışdı.

Məlumata görə, hadisə anında avtomobil əvvəlcə yoldan çıxaraq, işıq dirəyinə və ağaclara çırpılıb. Daha sonra isə avtomobil Türkiyə vətəndaşının idarə etdiyi digər minik maşını ilə toqquşub. qəza zamanı ikinci kurs tələbəsi olan azərbaycanlı Əli Kərimli avtomobili sürətlə idarə edirmiş. Qəza törədən avtomobildə olan azərbaycanlı tələbələr Ülvi Sadıqov və Elvin Hüseynov hadisə yerində, Anar Musayev isə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Sürücü Əli Kərimli və Mayis Həsənov və digər avtomobildə olan sürücü Adnan Kan, həyat yoldaşı və iki azyaşlı uşağı isə yaralanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.