İş dünyasının məşhur adları Reyhan Göksunla Abdullah Taşkın ailə qurub.
Bodrumda baş tutan toyun dəvətliləri mərasimdə ağ geyimdə iştirak ediblər. Cütlüyün şad günündə ailələri və dostları onlarla bir yerdə olub. Toyun maraqlı anlarından biri gəlin və dostlarının məkandakı hovuza tullanmaları olub. Onlar bal ayını Paris və Los-Ancelesdə keçirəcəklər.
Qeyd edək ki, R.Göksun 2013-cü ildə 3 ildir evli olduğu Enis Çiftçidən boşanıb. Ondan sonra uzun müddət digər iş adamı Hacı Sabancı ilə sevgili olan ondan da ayrılmışdı. A.Taşkınla keçən il nişanlanan Reyhanın bu evliliyinə atası razı olmadığı üçün toy təxirə salınmışdı. Abdullah isə əvvəl müğənni Petek Dinçözlə sevgili olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.