Xudat şəhərində yırtıcı heyvanlar şəxsi təsərrüfata hücum edib.
APA xəbər verir ki, ötən gecə baş verən hadisə 49 yaşlı şəhər sakini İsmayıl Muradovun həyətyanı sahəsində qeydə alınıb. Yırtıcılar ev sahibinə məxsus 40 hindquşunu, 1 ördəyi və 12 toyuğu parçalayıb. Təsərrüfatının 70 ev quşundan ibarət olduğunu bildirən zərərçəkən hadisənin baş verdiyi vaxt heç bir səs eşitmədiyini qeyd edib. Yırtıcıların hücumu nəticəsində İ. Muradova min manatdan artıq ziyan dəyib.
Əraziyə Xaçmaz rayon Baytarlıq İdarəsinin əməkdaşları gəlib. Onlar ərazini dezinfeksiya ediblər.
Sakinlər onu da bildirib ki, bundan öncə də sözügedən ərazidə yırtıcıların evlərə hücum etməsi faktları baş verib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.