banner
banner

Sosİal

Azərbaycanda internet klublara nəzarət güclənəcək

Azərbaycanda internet klublara nəzarət güclənəcək
“İnternet-klublar uşaqların daha çox nəzarətsiz qaldığı məkanlardır”. Bunu AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnternetşünaslıq problemləri” sektorunun müdiri Rasim Mahmudov deyib.
Onun sözlərinə görə, bəzən uşaqlar valideynləri evdə olmadıqda, yaxud evdə olduğu halda belə nəzarətdən kənar məkan axtarırlar ki, belə yerlər də çox zaman internet-klublar olur: “Hazırda internet-klublarda uşaqların nəzarətsizliyi ciddi problemlərdən biridir. İnternet-klublar öz müştərilərinin çox olmasında maraqlı olduqları üçün uşaqlara qarşı hər hansı qadağa tətbiq etmək niyyətində deyillər. Doğrudur, bəzən polis nəzarəti olur, şifahi xəbardalıq edilir. Amma bu məsələ qanunvericilik səviyyəsində öz əksini tapmalıdır ki, internet-klubların üzərinə uşaqlarla bağlı müəyyən məsuliyyət qoyulsun".
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.