Bakıda ötən gün axşam saatlarından bəri yağan yağış şəhərin əksər küçələrində nəqliyyatın hərəkəti ilə yanaşı, piyadaların gediş-gəliş üçün də problemlər yaradıb.
Bakı metropoliteninin "Nizami" metrosunun qarşısında isə tragikomik mənzərə yaranıb.
Şəhər sakinləri yolu keçmək, lehməli gölməyə düşməmək üçün skamyadan "körpü" kimi istifadə etməyə çalışıblar.
Paytaxt küçələrini su basması tıxaca da səbəb olub. Sürücülər alternativ yollardan istifadə etməli olublar.//Milli.Az
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.