Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Nyu-Yorkda lüks binanın ən hündür mərtəbəsini alıb. 233 kvadrat metr ərazini əhatə edən mənzili üçün idmançı 18,5 milyon dollar xərc çəkib. Amerikalı milyarder Donald Trampa məxsus olan bina Manhettendə yerləşir.
Bu xəbər isə belə bir şayiənin yayılmasına səbəb olub ki, Ronaldonun 3 il sonra “Real”la müqavilə müddəti bitəcək və o, Amerika klublarının birində oynayacaq.
Xatırladaq ki, Ronaldo bu yaxınlarda ailə quran menecerinə toy hədiyyəsi olaraq 4 milyon dollara yunan adası bağışlamışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.