banner
banner

Sosİal

Qardaş bacısının toy günü öldü...- Cəlilabadda toy yasa döndü

Qardaş bacısının toy günü öldü...-

Bacısının toy günü ölən qardaşın taleyi Cəlilabadda hamını kədərləndirib. 

Rayonun İnili kəndindən işləmək məqsədi ilə Rusiya Fedarasiyasına gedən Mahmudov Adış Alış oğlunu yüksək gərginlikli elektrik cərəyanı vurub.

Mərhumun yaxınlarının sözlərinə görə hadisə iş zamanı baş verib. Belə ki, fərdi evlərdən birində çardağda dəmir işləri görən zaman Adış Mahmudovun əlindəki dəmir parçası yüksək gərginlikli elektrik xətlərinə toxunub və o, elə orada dünyasını dəyişib. 

Hadisə baş verən gün isə Adış Mahmudovun bacısının Cəlilabadda toyu imiş. Ailə isə oğlunun faciəvi ölümündən bir neçə gün sonra xəbər tutub.

Cia.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.