Rusiyalı iş adamı German Sterliqov Azərbaycandan ona qarşı göstərilən fəaliyyətə görə Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət edəcək.
Bu barədə sahibkarın vəkili Artur Ayrapetov "Ren-TV"yə bildirib.
Ayrapetovun sözlərinə görə, şikayət ərizəsinin avqustun 26-da verilməsi planlaşdırılır. Vəkil Azərbaycanın Sterliqovu "qara siyahı"ya saldıqdan sonra ona qarşı cinayət işi qaldırmasını "beynəlxalq hüquqda nonsens" adlandırıb.
Qeyd edək ki, German Sterliqov Bir qədər əvvəl Ayrapetov Sterliqovun İnterpolun xətti ilə axtarışının artıq dayandırıldığını məlumat verib. Onun sözlərinə görə, axtarış İnterpol Azərbaycan tərəfindən Sterliqovun təqib olunmasında siyasi motivlər gördüyü üçün dayandırılıb
Xatırladaq ki, bu ilin iyul ayında rusiyalı iş adamı Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağbölgəsinə səfər edib. Sonda Azərbaycan sözügedən sahibkarı "arzuolunmaz şəxs" elan edib, ardından isə dövlət sərhədlərini qanunsuz olaraq pozmaq və qondarma "Dağlıq Qarabağ"a dəstək verməkdə müqəssir bilərək barəsində cinayət işi qaldırılıb.
İyulun 28-də Sterliqov beynəlxalq axtarışa verilib.
Rusiyada isə Sterliqova qarşı böhtan atmaq üzrə cinayət işi qaldırılıb. Şikayət ərizəsi İsrail vətəndaşı Milana Qorenşteyn tərəfindən daxil olub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.