"Kösem Sultan"da kimlər iştirak edəcək? - siyahı+fotolar
Star TV-nin maraqla gözlənilən yeni serialı "Kösem Sultan"ın aktyor heyəti açıqlanıb. Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, çəkilişləri Yunanıstanın Saqqız adasında başlayan serialda baş rolu Beren Saat canlandıracaq. Amma obrazın 17 yaşlı halı üçün yunan aktrisa ilə razılıq əldə olunub. B.Saat isə ekran işində 13-cü seriyadan etibarən görünəcək.
Hülya Avşar - Safiye Sultan Ekin Koç - Sultan 1. Ahmet Berk Cankat - Aleks Alma Terzic - Handan Sultan Erkan Kolçak Köstendil - Şahin Giray Xan Kadir Doğulu - Mehmet Giray Xan Mete Horozoğlu - Zülfikar Sahra Şaş - Dilber Aslıhan Gürbüz - Halime Tolga Tuncer - Nasuh Levent Yılmaz - Şeyhülislam Mustafa Nurinisa Yıldırım - Dudu Hatun) Zeljko Erkıc - Enzo Esra Dermancıoğlu -Cennet Mehmet Kurtuluş - Derviş Mustafa
Serial oktyabrın 1-də, Bakı vaxtı ilə saat 22:00-da yayəmlanacaq.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.