Burakın çəkildiyi serialla bağlı açıqlama: "Yalandır"
Baş rollarda Burak Özçivitlə Neslihan Atagülün yer aldığı “Kara Sevda” serialının çəkiliş meydançasında aktyor Furkan Andıçın qalmaqal yaratması xəbərinə prodüser şirkəti cavab verib. “Ay Yapım” yazılan informasiyanın yalan olduğunu elan edən açıqlama yayıb:
“Son vaxtlar mediada şirkətimizin və yeni layihəmiz “Kara Sevda”nın adından istifadə edilərək yazılan xəbərlər həqiqəti əks etdirmir. Hər bir layihəmizdə olduğu kimi, bu serialda da bir çox aktyorla görüşümüz olub.
Adı hallanan dəyərli aktyor Furkan Andıçla da müzakirələr apardıq və onunla hər hansı bir razılığa gəlmədik. Bu müddət ərzində Furkan Andıç heç vaxt çəkiliş meydançasında olmayıb. “Kara Sevda” daha əvvəl də dedyimiz kimi, sentyabrın sonunda “Star”da ekranlara gələcək.
“Ay Yapım” olaraq tərəfimizdən təsdiq olunmamış xəbərlərə inanmamağınızı rica edirik”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.