banner
banner

Gündəm

"İtalia Oggi" Mehriban Əliyevadan yazdı

"İtalia Oggi" Mehriban Əliyevadan yazdı

"İtalia Oggi" qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti barədə məqalə dərc olunub. 
Cia.az-ın "AZƏRTAC"a istinadən məlumatına görə, yazıda vurğulanır ki, bir neçə gün əvvəl doğum gününü qeyd edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəsmi saytı yeni dizaynda istifadəyə verilib. 

Mehriban xanım Əliyeva durmadan çalışaraq ölkəsində önəmli missiyaları yerinə yetirməkdədir. Azərbaycan Prezidentinin xanımı gördüyü önəmli işlər sayəsində ölkənin ən tanınmış simalarından birinə çevrilib. Məqalədə ötən il Vatikanda səfərdə olan Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşünə, bu yaxınlarda "Milan-Expo 2015" Ümumdünya sərgisində Azərbaycan pavilyonunda təşkil edilmiş "Milli gün"də iştirakına dair məqamlar yer alıb. 

Diqqətə çatdırılır ki, Azərbaycanın birinci xanımı idman, mədəniyyət, sosial və digər sahələrdə mühüm layihələrin təşəbbüskarıdır. Onun irəli sürdüyü təşəbbüslər hər zaman böyük əks-səda doğurur. Azərbaycanın inkişafı və dünyada təbliği istiqamətində onun ideyaları tükənmək bilmir. 

2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban Əliyevanın səyləri nəticəsində 2005-ci ildə Bakı gimnastika üzrə dünya çempionatına ev sahibliyi edib. Həmçinin 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edən Azərbaycanın birinci xanımı bu ilin iyununda Bakıda keçirilən ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik edib. 

O, Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində əvəzsiz xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif olunub. 

Azərbaycanın birinci xanımının yeni dizaynda istifadəyə verilən rəsmi saytı barədə də yazan müəllif diqqətə çatdırır ki, bu internet resursunda Mehriban Əliyevanın həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən materiallar yerləşdirilir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.