Aktrisa Serenay Sarıkaya və aktyor Kərəm Bürsin yenidən bir yerdə görünüblər.
Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, reklam siması olduqları firmanın heyəti ilə keçirilən doğum günü üçün bir araya gələn sevgililər yenidən eyni layihədə ola bilmə ehtimalını artırıblar. Fanatlar Serenay və Kərəmin yeni film və ya reklamda görünə biləcəyini düşünürlər.
Qeyd edək ki, reklam çəkilişlərindən sonra münasibətlərini sevgili kimi davam etdirən cütlük eyni filmdə rol almaları üçün yüksək qonorar qarşılığında təklif də alıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.