Aktrisa Beren Saat hamilə olması haqda yayılan xəbərlərə aydınlıq gətirib.
Beren Saat və Kenan Doğulu cütlüyü səsləndirdikləri “Minyonlar” filminin qalasına qatılıb. Saat hamilə olması haqda yayılan məlumatlara aydınlıq gətirib:
“Bizə aid olmayan xəbərlərdə adımız hallanır. Hamilə olmağım haqda yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Aktrisa qayınanası ilə münasibətlərinin pozulması ilə bağlı informasiyalara isə sərt reaksiya göstərib:
“ Xəbərlər yayılır ki, sosial şəbəkədə bir-birimizi izləyirik, daha sonra izləmirik. İnsanların münasibətləri bu qədər müzakirə olunmaz”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.