banner
banner

Sosİal

Bu marşrutlarda dəyişiklik oldu- Diqqətli olun+siyahı

Bu marşrutlarda dəyişiklik oldu-

Nəqliyyatı İntellektual İdaraetmə Mərkəzi bir neçə marşutun istiqamətinin dəyişdirilməsi ilə bağlı məlumat yayıb. 

NİİM-dən Cia.az-a daxil olan məlumata görə, 62 nömrəli marşrutun xəttində 01.09.2015-ci il tarixindən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti Sabunçu qəs. – “Koroğlu” metro st. istiqamətində Heydər Əliyev prospekti – Atletlər kəndi – X.Rza küç. - nəqliyyat qovşağı – Z.Bünyadov pr. və sonra mövcud xətti ilə , əks istiqaməti mövcud xətti ilə təşkil edilmişdir.

70 nömrəli marşrutun xəttində 01.09.2015-ci il tarixindən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti “Neftçilər” metro st. – Q.Qarayev pr. – Ə.Vəliyev küç. – M.Abbasov küç. – M.Əliyev küç. – Elektrik qatarlarının Deposunadək və əks istiqaməti də həmin xətlə təşkil edilib..

92 nömrəli marşrutun xəttində 03.09.2015-ci il tarixindən etibarən dəyişiklik edilərək avtobusların hərəkəti Yeni Avtovağzal – Sumqayıt şossesi – Moskva pr. – A.Mustafayev küç. – Cavadxan küç. – “M.Əcəmi” metro st. və əks istiqaməti M.Əcəmi” metro st - Cavadxan küç. – A.Məhərrəmov küç. və sonra mövcud xətti ilə təşkil edilib.

Səbail və Lökbatan rayonlarının sakinlərinin müraciətlərini nəzərə alaraq 120 və 124 nömrəli marşrutların xəttində dəyişiklik olunub. Belə ki, hərəkət cədvəli “Sədərək” ticarət mərkəzi - Salyan şossesi - Bibiheybət məscidi - 20-ci sahə - Bibiheybət yolu – M.Useynov küç. – O.Abbasov küç. kəsişməsindən dönməklə yeni 120 nömrəli marşrut xətti təşkil edilib. 120 saylı marşrut xəttinin əks istiqaməti Ə.Yaqubov - Bibiheybət yolu - 20-ci sahə - Muxtarov küç. - Bibiheybət məsçidi - Salyan şossesi - “Sədərək” ticarət mərkəzidir. 

124 nömrəli marşrutun xətti isə Lökbatan qəs. – Binə T/M – Lökbatan dairəsi –  Salyan şossesi – 20-ci sahə - Bibiheybət yolu – M.Useynov küç. – O.Abbasov küç. kəsişməsindən dönməklə və əks istiqaməti Ə.Yaqubov küç. – Bibiheybət yolu – 20-ci sahə – Salyan şossesi – Lökbatan dairəsi – Binə T/M – Lökbatan qəs. olmaqla  təşkil edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.