“Öyle bir geçer zaman ki”də Jalə, “Kurt Seyit ve Şura”da Güzidə, “Kiralık aşk”da Defne obrazları ilə tanınan aktrisa Elçin Sunqu “Elele” jurnalına müsahibə verib. Ailəsindən və karyerasından bəhs edən aktrisa təsadüfən məşhur olduğunu bildirib:
“Aktrisa kimi tanınmağım tamamilə təsadüfən oldu. Opera sənəti üzrə məzunam. Aktrisalığı universitet illərimdən çox sevirəm. Amma bu işlə nə vaxtsa məşğul olacağımı ağlıma belə gətirmirdim. İndi isə bu iş olmadan yaşaya bilmərəm. Məşhur olduqdan sonra çox dəyişdim. Əvvəllər sakit, fağır biri idim, indi isə daha sərbəstəm. Ən böyük dəyişiklik bu oldu”. Elçin “Aktrisalıqda hər hansı şərtləriniz var” sualına belə cavab verib:
“Rolumu diqqətlə seçirəm. Edə bilməyəcəyim səhnələr varsa, bunu rejissorla danışıb yoluna qoyar, yaxud da “mən bacarmayacağam” deyərəm. Xüsusilə çılpaq səhnələrin çəkilişi zamanı çətinlik çəkərəm”.
Aktrisa sevgilisinin çox şən və komik biri olduğunu deyib:
"Onun ağlına heyranam. Məni güldürməyən insanla bir yerdə ola bilmərəm. Həyatımı davam etdirə biləcəyim biridir. Sevgilim mənim inkişafıma, dünyagörüşümün artmasına səbəb olur. Onu ilk görəndə ali təhsilli olmasına rəğmən, axmaqcasına danışığı məni cəlb etmişdi. Öz-özümə soruşurdum ki, sənə nə olub?".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.