Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı çoxalıb.
Cia.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. Azərbaycanda 2014-cü ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan onkoloji xəstələrin sayı 9543 nəfər olub. Onlardan 81 nəfəri 13 yaşınadək olan uşaqlardır. Bədxassəli şişlərlə xəstələnən 60 yaşdan yuxarı insanların sayı isə 4350 nəfər təşkil edib.
Statistik rəqəmlər ötən il Azərbaycanda onkoloji xəstələrin sayında artım müşahidə olunduğunu göstərir. Belə ki, ilk dəfə qoyulan diaqnozla qeydə alınan onkoloji xəstələrin sayı 2010-cu ildə 7626 nəfər, 2011-ci ildə 8672 nəfər, 2012-ci ildə 8645 nəfər, 2013-cü ildə isə 9064 nəfər olub.
Rəsmi məlumata görə, ötən il onkoloji xəstəlikdən 6982 nəfər ölüb. Statistika Komitəsindən bildirilir ki, müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 37932 nəfərdir. 2000-ci ildə isə bu rəqəm 21088 nəfər təşkil edib.
Əgər 2015-ci ilin satatistikasını da nəzərə alsaq, onda Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayının 40 minədək olduğunu söyləmək olar.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.