“Hürriyet” Ərdoğanın adından açıqlama yaydı - Ölkə qarışdı
Türkiyənin dünən 16 şəhid verməsindən sonra “Hürriyet” və “Zaman” qəzetlərində prezident Ərdoğanın adından yayılan açıqlama ölkə gündəmini qarışdırıb.
Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, şəhid xəbərindən dərhal sonra “Hürriyet” Ərdoğanın adından “400 millət vəkili seçilsəydi, bunlar baş verməzdi” açıqlamasını yayıb.
Sualları cavablandırmaq üçün canlı yayıma çıxan Ərdoğan isə “400 millət vəkili” açıqlamasını baş verən faciə ilə əlaqəli söyləmədiyini və bunun provakasiya olduğunu bildirib:
“Bu, əxlaqsızlığın ən pik nöqtəsidir. Bunların xaraktersizliyini ortaya qoydu. Bir də utanmadan mənə məktub göndərirlər. Doğan qrup mənə məktub göndərib və “heç bir zaman sizə yanlışlıq etmədik” deyir. Dərhal manevr edirlər, “paralel”in başındakılar da eyni şeyi edirlər. Bu adilikdir. Hürriyet qəzeti bu xəbəri sosial mediada paylaşıb, sonra da çıxardı, çünki yalançının şamı axşama qədər yanar”.
Onun sözlərinə görə, həmin açıqlamasında bildirmişdi ki, əgər 400 millət vəkilini ala biləcək və ya konstitusiyanı dəyişdirə biləcək sayı bir siyasi partiya əldə etmiş olsaydı, vəziyyət bu gün daha fərqli ola bilərdi.
Qeyd edək ki, Ərdoğanın bu açıqlamasından sonra bir qrup etirazçı Hürriyetin redaksiyasına hücum edib və AKP, Ərdoğan lehinə şüarlar səsləndirib.
Hürriyet isə prezidentin cavabından sonra xəbəri saytdan və sosial mediadan silib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.