Türkiyənin tanınmış cütlüyü Sinem Koballa Kənan İmirzalıoğluna sevgili olduqları 8 aydan bəri bir çox reklam təklifi edilib. Sevgililərin birlikdə eyni reklama çəkilmələri üçün müxtəlif firmalar mübarizə aparır. Sonuncu dəfə isə elektrik əşyası firmalarından biri reklam üzü olmaları üçün Kənanla Sinemə 2,5 milyon lirəlik (təxminən 86 min manat) irəli sürüblər.
Lakin tanınmışlar bu təklifi rədd ediblər.
“Münasibətimizi reklam vasitəsi etmək istəmirik. Bizə eyni serial və filmdə çəkilməyimiz üçün çoxlu təkliflər gəlib. Amma onların hamısını rədd etmişik”, - deyə açıqlama verən cütlük yalnız evləndikdən sonra birgə reklama çəkiləcəklərini söyləyiblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.