Hollivud ulduzu Ancelina Coli 2008-ci ildə dünyaya gələn əkizləri Noks Leon və Vivienne Marçelina ilə birlikdə görüntülənib. Bir müddətdir Londonda olan aktrisa həftə sonunu övladları ilə bərabər teatrda keçirib. 40 yaşlı Coli əkizlərini teatr binasının arxa qapısından çıxarıb. Hər zamankı kimi başdan-ayağa qara geyinən aktrisa gün eynəyini gözündən çıxarmayıb.
Qeyd edək ki, aktyor Bred Pittlə ailəli olan Ancelina Coli 3-ü övladlıq olmaqla 6 uşaq anasıdır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.