50 yaşlı Monika Belluççi yenə təəccübləndirdi - fotolar
İtalyan aktrisa Monika Belluççi yeni fotoları ilə bir daha təəccübləndirməyi bacarıb. "Ceyms "Bond" seriyasından yeni filmdə iştirak edən aktrisa həm də çəkilişlər haqda danışıb:
"Mən "Bond qızı" olmağı arzu etməyi heç düşünmürdüm. 50 yaşımda mənə belə jest əsl sürpriz oldu. Deniel Kreyqlə eyni səhnədə rol almaq isə əla hissdir".
Aktrisa ana olmaq hissini də təsvir edib:
"Fikirləşirəm ki, mən hər şeyi gec edirəmş Birinci övladımı 39 yaşında dünyaya gətirdim, Bond filmində 50 yaşda çəkildim... Hamiləliyimi gözəl keçirtdiyim üçün həkimlərim sağ olsunlar. Qızımın doğumu yaxşı keçmişdi və həmin andan həyatım dəyişmişdi. Mən həyatın əsl mahiyyətini anlamış oldum. Analıq həyata fərqli baxmağa kömək edir. Sağlamlığın dəyərini əvvəlkindən daha çox bilirsən".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.