banner
banner

Gündəm

“Bəs onda döyüş haranıza yazılmışdı?” - ATV-dən ANS-ə ağır sual

“Bəs onda döyüş haranıza yazılmışdı?” -

ATV telekanalı ilə ANS arasında başlayan “soyuq müharibə” davam edir.

Bu dəfə qalmaqal ATV kanalının yeni mövsümlə əlaqədar çəkdiyi gürcü patriarxlardan bəhs edən videoçarx üzərindən başlayıb.

Sözügedən videorolik bu gün Azərbaycanın ərazisinə daxil olan gürcülərin tarixi ruhani ocağında çəkilib. Gürcü Patriarx isə bu kadrların yayılmasından narahatlığını ifadə edib və Azərbaycan və Gürcüstan hökumətini məsələni araşdırmağa çağırıb. Məsələyə ANS telekanalı da münasibət açıqlayıb. Kanal təqdim etdiyi süjetində ATV telekanalını “vurub”.

ANS televiziyasının təqdim etdiyi süjetə isə ATV-nin cavabı gecikməyib. Kanal bununla bağlı hazırladığı süjetində ANS-in ünvanına ağır ittihamlar səsləndirib: “Əgər siz hər hansı bir vidoçarxda dini motiv axtarırsınızsa, bu, artıq təhqirin “donuz” boyda isbatıdır. Patriaxın narahatlığını nəzərə alıb biz bu, videoçarxın nümayişini dayandırdıq. Sapı özümüzdən olan baltalarımız. Bu da hamısı deyil. Sabun köpüyü kimi sensasiya reytinqini qaldırmağa çalışanlar, biz Gürcüstanda dini hissiyyatımız adına döyüşəndə siz döyüşün haranıza yazıldığını unutmuşdunuz”.

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.