Hazırda “Tatlı küçük yalancılar” serialında rol alan aktrisa Bensu Soralın “Kösəm Sultan”da çəkiləcəyi ilə bağlı xəbərlər təsdiqini tapmayıb. Uzun müddətdir ekran işində rol alacağı ilə bağlı danışmayan aktrisa bu gün açıqlama verib. Bensu meneceri vasitəsilə iddiaların doğru olmadığını bildirib:
“Kösem Sultan”ın seçim çəkilişləri başlayandan bəri Bensu Soralın serialda rol alacağı ilə bağlı yayılan xəbərlər əsassızdır. Bensu Soral hazırda “Star”da yayımlanan “Tatlı küçük yalancılar” serialında baş rolda çəkilir. Ekran işi bitdikdən sonra Soral bir müddət yaradıcılığına fasilə verəcək”.
Qeyd edək ki, “Kösəm Sultan”da baş rolda Beren Saat, Tuba Büyüküstün, Məryəm Üzərli və Sibel Kekillinin adları çəkilsə də, prodüser Timur Avcı Kösəm roluna Beren Saatı seçib
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.