“Azəriqaz” İstehsalat Birliyində ixtisarlar davam edir.
CİA.az Axar.az-a istinadən xəbər verir ki, Göyçay rayonu Qaz İstismar idarəsinin rəisi Murtuz Salahov işdən azad edilib. Onun işinə xitam verilməsinə səbəb kimi vəzifə müddətində yol verdiyi nöqsanlar olub.
Əldə etdiyimiz məlumata görə, M.Salahov vəzifəsindən sui-istifadə edərək Göyçay Qaz İstismar İdarəsinin işçilərdən və idarənin invertarından, müxtəlif texnikalardan şəxsi məqsədlər üçün istifadə edib. Qeyri-qanuni yolla işçilərdən rüşvət alan idarə rəisinin acgözlüyü bununla bitmir. O, səlahiyyətindən sui-istifadə edərək idarənin şəxsi heyəti sıralarına onlarla saxta “işçi” daxil edib və həmin yalançı işçilərin maaşını mənimsəyib.
Bu yolla külli miqdarda qazanc əldə edən keçmiş idarə rəisi Göyçay rayonunda çoxlu sayda şəxsi obyektə sahib olub.
Əhalidən qaz çəkilməsi ilə bağlı yığdığı rüşvətin sayı-hesabı bilinməyən idarə rəisinin bu əməlləri sakinlərin haqlı narazılığına səbəb olub və istehsalat birliyi sözügedən şəxsin işinə xitam verib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.