Astara şəhərində Xəzər dənizinin sahilində salınmış park-bulvar kompleksinin ərazisində dünyanın ən böyük təndiri inşa olunur.
Cia.az Azərtac-a istinadən xəbər verir ki, hüdürlüyü 6,5, eni isə 12 metr olan təndirin inşasında kərpic və daşın əvəzinə əsasən yüngül metal konstruksiyalardan istifdə olunub.
Əsasən üç bölmədən ibarət olacaq təndirdə talış mətbəxinin ən məşhur yeməkləri hazrılanacaq, eləcə də çörək bişiriləcək. Hazır təamlar isə park-bulvara istirahətə gələn qonaqlara təklif olunacaq. Hazırda inşaatçılar suvaq işləri ilə yanaşı, tavan hissəsinin də tikintisini davam edirirlər.
Dünyanın ən böyük təndirinin bu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.