Bakıda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildikdən sonra 900-ə yaxın müəllim təlimlərə cəlb edilib.
Cia.az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən sonra müxtəlif - nisbətən təkmilləşdirməyə ehtiyacı olan, yüksək bal toplayan müəllimlər üçün müxtəlif səpkili təlimlər proqramı hazırlandı: “Biz artıq 400-ə yaxın müəllimi belə təlimlərə cəlb etmişik, 500-ə yaxın müəllim də yeni təlimlərə başlayıb. Ümumilikdə 900-ə yaxın müəllim təlimlərə cəlb edilib. Bu müəllimlərin arasında aşağı, orta, yüksək bal toplayanlar da var”. E.Əmrullayev bildirib ki, istər müəllimlərin işə qəbulunda baş verən dəyişikliklər, istərsə də ixtisasartırma təlimlərində aparılan islahatlar qısa müddətdə olmasa da, müəyyən müddətdən sonra məktəblərdə tədrisin keyfiyyətini qaldıracaq: “Bizim ilkin nəticələr onu göstərir ki, müəllimlərimiz təlimlərə gələndə öyrənirlər.
Yəni fəaliyyətlərində hansısa boşluq varsa, onu doldururlar. Belə təlimlərin nəticəsində bizim bəzi fənlərin tədris göstəricilərində hətta 80-90 faiz yaxşılaşma var. Bu baxımdan bu işi davamlı olaraq həyata keçirəcəyik”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.