banner
banner

Sosİal

Binalar yenidən poliuretanla üzlənir

Binalar yenidən poliuretanla üzlənir

Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 50 ünvanındakı binanın fasadını yenidən penoplastla üzləməyə başlayıblar.

Şəhər sakinlərindən biri həmin binadan çəkdiyi fotoları "Azadlıq" radisouna göndərib. O yazır ki, binaların tezalışan poliuretan üzlüklərlə üzlənməsi işləri mayın 19-da Bakıda 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra dayandırılsa da yenidən başlanıb.

Xatırladaq ki, Bakıdakı həmin dəhşətli yanğından sonra prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmiş və bu qəbildən olan materiallarla üzlənmiş bütün binaların fasadlarının sökülməsi tapşırılmışdı. Söküntü işləri bir neçə həftə ərzində başa çatdırılmışdı.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.