banner
banner

Gündəm

Polisə rüşvət təklif edən sərxoş azərbaycanlı tutuldu - Belarusda

Polisə rüşvət təklif edən sərxoş azərbaycanlı tutuldu -

Belarusun paytaxtı Minsk şəhərində polisə rüşvət təklif edən Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Minsk Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Baş İdarəsinin məlumatında bildirilir.

Məlumata görə, sərxoş azərbaycanlı avtomobil yolunu piyadalar üçün müəyyən olunmamış yerdən keçib. Bu fakt Yol Patrul Xidməti əməkdaşlarının diqqətini cəlb edib.

Qanun pozucusu barəsində inzibati protokol tərtib olunub. Lakin o, hakimiyyət nümayəndəsinə 400 min Belarus rublu təklif edib və bu səbəbdən saxlanılıb.

Rüşvət vermək faktı üzrə cinayət işi qaldırılıb. Azərbaycan vətəndaşı 5 il müddətinədək azadlıqdan məhrum edilə bilər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.