Dərmanlar bu gündən ucuz qiymətə satılır - Diqqətli olun
Bu gündən etibarən artıq bir çox şirkətlər dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı qərarın icrasını həyata keçirməyə başlayıb.
Cia.az xəbər verir ki, şirkətlər tərəfindən ilkin olaraq 25 təsiredici maddə üzrə dərman vasitələrinin qiymətləri tənzimlənib. Belə ki, 1057 adda dərman vasitəsinin qiyməti Tariş Şurası tərəfindən müəyyən edilərək təsdiqlənib. Bu gündən etibarən 1057 adda dərman bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq.
Qeyd edək ki. Səhiyyə Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi bu gündən etibarən dərman bazarında monitorinqlər keçirməyə başlayıb. İqtisadiyyat və Sənayə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, nazirliyin əməkdaşları hazırda monitorinqlərə başlayıb: “ Hazırda 1057 dərman tənzimlənmiş qiymətə satılır. İlkin olaraq deyə bilərik ki, şirkətlər tənzimlənmiş qiymətlərlə dərman satışını həyata keçirirlər. Hələlik hansısa aptekdə mənfi hal müşahidə edilməyib”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.