banner
banner

Gündəm

Eks-deputatın şirkətinin müştəriləri - Beynəlxalq Bank qarşısında

Eks-deputatın şirkətinin müştəriləri -

Tikintisi yarımçıq saxlanılan “7 Hills” yaşayış kompleksinin eyniadlı şirkətdən narazı olan müştəriləri bu gün Azərbaycan Beynəlxalq Bankının baş ofisi qarşısında toplaşıb.

Cia.az virtualaz.org-a istinadən xəbər verir ki, təxminən 50 nəfərə yaxın müştəri ipoteka krediti ilə almaq istədikləri ev üçün banka ödədikləri aylıq ödənişin faizi ilə birlikdə geri qaytarılmasını tələb ediblər.

Saat 17:00-da müştərilərin 7 nəfərlik nümayəndəsini bankın baş direktoru Elmir Həbibullayev qəbul edib.
Görüşdən çıxan narazı müştərilər bildiriblər ki, bankın baş direktoru onların banka ödədiyi aylıq ödənişlərin

15 gün ərzində geri qaytarılacağını vəd edib: “Bizə bildirildi ki, ilk növbədə kreditlər bağlanacaq. Yəni bundan sonra biz banka hər ay pul ödəməyəcəyik. İkinci mərhələdə isə sabahdan etibarən müştərilərə bir-bir zəng ediləcək və aylıq ödənişlər, onların faizi və komissiya haqqı geri ödəniləcək. Bu proses sentyabrın sonuna qədər yekunlaşacaq”.

Xatırladaq ki, “7 Hills” şirkətinin “Globus Plaza”nın sahibi, keçmiş deputat və oliqarx, Beynəlxalq Banka yüz milyonlarla dollar kredit borcu olan Dünyamin Xəlilova və onun ortağı Xaqani Bəşirova məxsus olduğu barədə məlumatlar var.

Şirkət ötən ilin dekabrında Beynəlxalq Bankın ipoteka kreditləri hesabına Bakının mərkəzi hissəsində orijinal arxitekturaya malik yaşayış kompleksinin tikintisi layihəsini elan edib və geniş reklam kampaniyası başladaraq müştərilər cəlb edə bilib.

Lakin çox keçmədən Beynəlxalq Bank ətrafında məlum proseslər başlayıb və oliqarxlar dövlət bankının daha bir iri krediti hesabına öz biznes layihələrini başlaya bilməyiblər. Müştərilər isə tikinti işlərinin başlamamasından narahat olaraq şirkəti onları aldatmaqda günahlandırır və pullarını geri tələb edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.