banner
banner

Sosİal

Bu müəllimlərin maaşı artırılmayacaq

Bu müəllimlərin maaşı artırılmayacaq

Azərbaycanın bölgələrindəki orta məktəb müəllimlərinin sınaq qiymətləndirilməsinin vaxtı hələ də müəyyənləşdirilməyib.

Cia.az-ın məlumatına görə, Təhsil Nazirliyi ans press-in sorğusuna cavab olaraq bildirilib ki, yaxın gələcəkdə diaqnostik qiymətləndirmənin respublikanın bütün bölgələrində keçirilməsi planlaşdırılır. Lakin dəqiq vaxt hələ də bilinmir.

Eyni zamanda qeyd edilib ki, respublikanın digər rayon və şəhərlərində diaqnostik qiymətləndirmə keçirilərkən həmin rayonun və şəhərin ümumi təhsil məktəblərində mövcud şagird-müəllim nisbəti və dərs yükünün optimallaşdırılması kimi meyarlar əsas götürələcək.

Sınaq qiymətləndirilməsi ilk dəfə olaraq Bakı şəhərində keçirilib. Qiymətləndirmədə paytaxtdakı ümumtəhsil məktəblərində çalışan 30 minədək müəllim iştirak edib. diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əməkhaqqısı 30-40 faiz, 32,7 faizinin əməkhaqqısı 20-30 faiz, 7,1 faizinin əməkhaqqısı isə 15-20 faiz həcmində artıb.

Onların əməkhaqqı Azərbaycan Respublikası Prezidentinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" 16 yanvar 2015-ci il tarixli sərəncamına əsasən artırılıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.