banner
banner

Gündəm

Ərdoğanı təhqir edən jurnalistə hökm - 5 il 9 ay həbs

Ərdoğanı təhqir edən jurnalistə hökm -

Türkiyənin Adana şəhərində jurnalist və yazar kimi fəaliyyət göstərən Aytekin Geziciyə hökm oxunub.

Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, jurnalistə prezident Rəcəb Tayyib Ərdoğan, keçmiş baş nazir köməkçisi Bülent Arınç və sabiq ədalət naziri Bəkir Bozdağı twitterdə təhqir etdiyi üçün 5 il 9 ay həbs cəzası verilib.

Ankara 29. Asliye Hüquq Məhkəməsində keçirilən prosesə Ərdoğanın vəkili Muammer Cemaloğlu, baş nazir Əhməd Davudoğlunun vəkili İbrahim Kayıkçı və keçmiş baş nazir Köməkçisi Arınçın vəkili Gökşin Gültekin qatılıb.

Vəkillərin son bəyanlarından sonra hakim Yaşar Sezikli hökmü oxuyub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.