Azərbaycanın xalq artisti Aygün Kazımova yenə diqqət mərkəzindədir. Müğənni Namiq Qaraçuxurludan ayrılandan sonra o, yaranmış stereotiplərə rəğmən aktiv yaşama davam edib. Yeni mahnılar, qalmaqallardan uzaq durmaq, intriqalara sinə gərmək - Aygün Kazımova sənətə üstünlük verdiyini deyirdi.
Son günlərdə isə onun yeni sevgilisi ilə birlikdə olduğu deyilir.
CİA.Az Lady.Day.Az-a istinadən bildirir ki, A.Kazımova olayla, daha doğrusu, iddialarla bağlı açıqlama verib.
"Bu məlumat və şəkillərlə bağlı jurnalistlər mənimlə əlaqə saxlayanda "Çox keçməz, bu barədə danışaram" demişdim. Yenə də sözümün üstündə dururam. Bu şəxsi həyatımla bağlı bir məsələdir.
Amma xasiyyətimi bilirsiniz. Bilirsiniz ki, məni sevənlərdən və jurnalistlərdən heç nəyi gizlətmirəm. Bu şəkil və yazılarla bağlı deyirəm ki, sevirəm və sevilirəm.
Çox xoşbəxtəm. Şükür bu günümüzə - o məni və sənətimi çox sevir. Onun hər dəfə "sənə xəstəyəm!" deməsi məni göyün yeddinci qatına qaldırır. Məncə, bu açıqlamam yetər. Doğrudan da bizim operativ mediaya "bravo" deyirəm", - Aygün Kazımova deyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.