Pop ulduz Maykl Ceksonun sağlığında üzünü gizləməsiylə məşhur olan yeganə qızı Parisin yeni fotoları yayılıb. Dünya mediasının ilk dəfə 11 yaşında ikən gördüyü Paris 13 yaşında intihar etmək istəməsi ilə gündəmə gəlmişdi. Fotolarda gənc qızın artıq çətin günləri keçmişdə qoyduğu və yeni həyata başladığı görülür.
Paris Cekson futbolçu sevgilisi Çester Kastellou ilə olan fotolarını da sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Maykl Cekson hər zaman uşaqlarının təhlükəsizliyi naminə onların üzünü gizlətməyə çalışıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.