Bakıda həkimə qarşı şok iddia - 35 min mənimsəyib...
Bakıda fəaliyyət göstərən "Atlas" Tibb Mərkəzində mənimsəmə faktı qeydə alınıb. Bu barədə "Report"a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, tibb mərkəzinin rəhbərliyi Xətai RPİ-yə ərizə ilə müraciət edib. Ərizədə bildirilib ki, orada həkim işləyən 39 yaşlı İradə Vəliyeva "Atlas" Tibb Mərkəzinin 35 min manat pulunu mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, RPİ-yə daxil olan ərizəni "Atlas" Tibb Mərkəzinin direktoru imzalayıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.