banner
banner

Sosİal

Ölən zəvvarın həyat yoldaşı danışdı - “Bədəni dözmədi, komaya düşdü…”

Ölən zəvvarın həyat yoldaşı danışdı -

Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvar sabah Məkkədə dəfn olunacaq.
Cia.az xəbər verir ki, bu barədə APA-ya Məkkədə dünyasını dəyişən zəvvar, 1957-ci il təvəllüdlü Kəklik Aslanovanın həyat yoldaşı Elçin Aslanov məlumat verib. E. Aslanov bildirib ki, Kəklik Aslanovanın təzyiqi qəflətən aşağı düşüb və həkimlərin səyi nəticə verməyib:

"Bədəni dözmədi, komaya düşdü. Əvvəlcə çalışdıq özümüz ayıldaq, ayılmadı. Sonra təcili yardımla xəstəxanaya apardıq. Orda baxıb analiz elədilər, dedilər qanda sidik turşusu artıb, o da böyrəklərə təsir edib. Böyrəklərin fəaliyyəti zəifləyib və o, koma vəziyyətinə düşüb".

E. Aslanov onu da əlavə edib ki, K. Aslanova sentyabrın 27-də elə müqəddəs torpaqda dəfn olunacaq. Orada mərhum zəvvarın 3 və 7 mərasimləri təşkil ediləcək.

Qeyd edək ki, bu il Həcc zamanı iki azərbaycanlı dünyasını dəyişib.

 

Ölən zəvvarın həyat yoldaşı danışdı -  “Bədəni dözmədi, komaya düşdü…”
Ölən zəvvarın həyat yoldaşı danışdı -  “Bədəni dözmədi, komaya düşdü…”
Ölən zəvvarın həyat yoldaşı danışdı -  “Bədəni dözmədi, komaya düşdü…”
Ölən zəvvarın həyat yoldaşı danışdı -  “Bədəni dözmədi, komaya düşdü…”

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.