Ziya Məmmədovun bacısı işdən çıxarıldı - Yenilənib
Nəqliyyat naziri Ziya Məmmədov daha bir zərbə alıb.
Cia.az istiqlal.az saytına istinadən xəbər verir ki, nazirin bacısı, "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad edilib.
Bundan əvvəl isə Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. "Azərbaycan Dəmir Yolları" QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb, taksilərə lisenziya verilməsi ASAN xidmətə tapşırılıb, yaxın vaxtlarda "Azəryolservis"lə də bağlı analoji addım atılacaq.
***
Günlərdir ki, Azərbaycan mətbuatında Ziya Məmmədovun işdən ayrılmağı barədə xəbərlər yayılmaqdadır. Nazirə yaxın olan şəxslərin bir-birinin ardınca vəzifədən alınması, onun tabeliyində olan obyektlərin və villaların yoxlanılması, parlamentdə nazirin qardaşı Elton Məmmədov başda olmaqla, ona yaxın şəxslərin təkrar seçkiyə buraxılmaması bu oliqarxın nazir ömrünün başa çatdığını göstərən faktorlardan biridir.
Qeyd edək ki, Bakı şəhərində hal-hazırda nəqliyyat sistemi nazirliyin əlindən tamamilə alınıb. Yayılan məlumatlara görə, Ziya Məmmədovun işdən çıxarılması həm də Nəqliyyat Nazirliyinin ləğvi ilə müşayət oluna bilər. Faktiki olaraq nazirliyin səlahiyyətlərinə aid olan sahələr bir neçə qurumun arasında bölüşdürülüb. Bura Daxili İşlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi və "Azərbaycan Dəmir Yolları" QSC aiddir.
Xatırladaq ki, bu günlərdə namizədliyi qeydə alınmayan Tənzilə Rüstəmxanlı da nəqliyyat nazirliyinə yaxın şəxslərdən hesab olunur, nazirinin qudası sayılır. Belə ki, Tənzilə xanımın oğlu Cəmil Ziya Məmmədovun qardaşı qızı ilə evlidir. Ziya Məmmədova yaxın olan şəxslərin prosesdən kənarlaşdırılması faktiki baş çatmaq üzrədir. İndi nazir tamamilə tərkisilah olunmuş görünür.
Yalnız onun özünün sadə bir sərəncamla evə göndəriləcəyi gözlənilir. Məlumatlara görə, nazirin iş kabineti boşaldılmış və bağlı vəziyyətdədir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.