Türkiyəli aktrisa Tuba Büyüküstün ilk dəfə yeni imici ilə bağlı danışıb. Cia.az-ın məlumatına görə, qısa kəsdirdiyi saçları ilə diqqətləri üstünə çəkən Tuba rol aldığı "Rüzgarın hatıraları"nın "Hamburg Film Festivalı"ndakı nümayişinə qatılıb.
Aktrisa yeni görünüşünü ələ salanlara əhəmiyyət vermədiyini bildirib:
"Qısa saçlarla özümü daha gözəl hiss edirəm. Festivalda məni görənlər tanımadı. Zamanla öyrəşəcəklər. Bu film imici deyil, ürəyim belə istədi".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.