banner
banner

Sosİal

Nehrəmlilər suya görə aksiya keçirdi

Nehrəmlilər suya görə aksiya keçirdi
Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndinin 20-yə yaxın sakini bazar ertəsi Su Təsərrüfatı İdarəsinin yerli şöbəsi qarşısında etiraz aksiyası keçirib.
Sakinlər taxıl əkinlərinin suvarılması üçün su verilməsinin dayandırılmasından şikayət edir. Sakinlərin sözlərinə görə, bu, qəsdən kiçik taxıl istehlakçılarını boğmağa çalışan yerli məmurların maraqları çərçivəsində edilir.
Lakin etirazçıların qarşısına çıxan olmayıb.
"Turan"ın regional müxbiri Babək Rayon İcra Hakimiyyətindən və rayon Su Təsərrüfatı İdarəsindən şərh ala bilməyib. Belə ki, jurnalistin nə ilə əlaqədar zəng etdiyini öyrənən məmurlar onunla danışmaqdan imtina ediblər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.