banner
banner

Gündəm

Azərbaycanla sərhəddə 150 min nəfərlik şəhər salınacaq

Azərbaycanla sərhəddə 150 min nəfərlik şəhər salınacaq

Dağıstan Respublikasının rəhbəri Ramazan Abdullatipov Dərbənddən cənubda 100-150 min sakini olan şəhər və hava limanı inşa edəcəklərini deyib.

Modern.az xəbər verir ki, “Ria Novosti” agentliyinə müsahibəsi zamanı Dağıstanın lideri Dərbənddə turizm bölgəsi yaratmağı planlaşdırdıqlarını da deyib: “Biz hazırda biznesmen Süleyman Kərimovla (milyarder - red.) bu barədə danışıqlar aparırıq. Dərbənddən 15 kilometr cənubda müasir 100-150 min nəfərlik şəhər, müasir mehmanxanalar və yollar salmağı fikirləşirik. Digər tərəfdə isə hava limanının tikintisi nəzərdə tutulub”.

Bu il 2 min illiyini qedy edən Dərbənd tarixi-memarlıq abidələri ilə tanınır. Şəhərin 6-cı əsrə aid Narın qala kompleksi, qala divarları və qəsr YUNESKO-nun Ümumdünya mədəni irsinə daxildir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.