Rusiyalı model İrina Şeyk özü ilə bağlı maraqlı etiraflar edib. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı model uşaqlıqda oğlanlar tərəfindən mənəvi zorakılığa məruz qaldığını deyib. O, yeniyetməlik çağında ona çoxlu ləqəblər qoyulduğunu və heç vaxt şalvar geyinmədiyi üçün lağ hədəfi olduğunu söyləyib: “Ətək geyinəndə uşaqlar mənə, "Baxın, taxta yenə dikdabanlarıyla gəzir” deyirdilər”. Şeyk oğlanların onu uzun boyu, dərisinin tünd rəngi və iri dodaqlarına görə də gülüş obyektinə çevirdiklərini bildirib. İrina anasının məsləhətlərini unutmadığını söyləyib. O, valideyninin “Əsla siqaret çəkən və içki içən adamla birlikdə olma” sözlərinə indiyədək əməl etdiyini deyib. Şeyk aktyor sevgilisi Bredli Kuperin içkini tərgitdiyini, bu səbəbdən gündə ən az 12 saat yatdığını qeyd edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.